Yeni element kəşf edilib

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (IUPAC)  Yaponiyanın “RIKEN” Elmi Tədqiqat İnstitutunun alimləri tərəfindən aşkarlanan yeni elementin adını və göstərilmə işarəsini təsdiq edib. Bildirilir ki, Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində 113-cü olan yeni element “Nihonium” adlanacaq və “Nh”  işarəsi ilə göstəriləcək.

Məlumatı NHK “World” yayıb.