Yer sakinləri iki meteor yağışına və tam bədirlənmiş Ay fenomeninə şahid olacaqlar

Bu ay Şimal yarımkürəsinin gecə səmasını iki meteor yağışı və tam bədirlənmiş Ay işıqlandıracaq. Geminid “ulduz yağışı” dekabr ayının 14-dən 17-nə qədər fəal olacaq. Bu zaman “ulduz yağışı”nın sayının daha çox – saatda 120 olacağı gözlənilir. Bu ecazkar səma hadisəsini daha aydın Əkizlər bürcü zonasında müşahidə etmək mümkün olacaq.

Dekabrın 14-nə, həmçinin bu il üçün üçüncü tam bədirlənmiş Ay təsadüf edəcək.

Dekabrın 22-də isə Ursida meteor axını müşahidə oluacaq. Bu zaman saatda 10 “düşən ulduz” gecə səmasını bəzəyəcək. Ulduz yağışı Kiçik Ayı bürcü “fonunda” baş verəcək.

www.timeanddate.com

(Visited 2 times, 1 visits today)