Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək

2019-cu ildə Azərbaycanda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, beynəlxalq olimpiada ADA Universitetinin bazasında reallaşacaq.

Nazir qeyd edib ki, bu yaxınlarda Beynəlxalq İnformatika Olimpiadasının rəhbərliyi ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub:

“Azərbaycan məktəblərində müasir proqramlaşdırmaya dair informatika məzmununun yaradılmasına və yeni məzmunun tədrisi, müəllimlərin hazırlanması üçün proqramın hazırlanması razılaşdırılıb.

Əminik ki, Beynəlxalq İnformatika Olimpiadasından bizə qalan mirası təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi olacaq. Bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri də informatika kursunun məzmunun müasirləşdirilməsidir. Bu, çox böyük və vacib mövzudur”.

(Visited 1 times, 1 visits today)