Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq

“Bu il Azərbaycan Orfoqrafiya lüğəti yenidən çap olunacaq”.

“Report” xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Saytların dil mənzərəsi” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov deyib.

O bildirib ki, yeni lüğət çox ehtiyatla, geniş şəkildə aparılmış müzakirələr nəticəsində hazırlanıb: “Əvvəlki lüğətdə olan qüsurlar artıq aradan qaldırılıb”.

Mütəxəssis qeyd edib ki, yeni Orfoqrafiya lüğəti çap olunandan sonra onun elektron versiyası Dilçilik İnstitutunun rəsmi saytında yerləşdiriləcək: “Artıq hər kəs lüğətdən istifadə edə biləcək”.

(Visited 1 times, 1 visits today)