Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 11-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadanın yarımfinal turu ölkənin 12 müxtəlif bölgəsində – Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. Yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş altı minədək şagird iştirak edib.

Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş, hər fənn üzrə ən yaxşı 60 şagird respublika fənn olimpiadasının final mərhələsində iştirak hüququ əldə edəcək.

Respublika fənn olimpiadalarının final mərhələsinin apreldə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30 minədək şagird iştirak edib.

(Visited 1 times, 1 visits today)