Son 50 ilin ən yaxşı sevgi şeiri bəlli oldu

Londonun Southbank Center adlanan incəsənət mərkəzində ədəbiyyatçı və yazarlardan ibarət mütəxəssis qrupu 30 ölkədə son 50 ildə yazılan ən yaxşı sevgi şeirlərinin siyahısını hazırlayıb. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə son 50 ilin ən yaxşı sevgi şeiri Nazim Hikmətin “Sevərmişəm məgər” şeir seçilib.
Təbii ki, şeir zövqə görə dəyişən faktordu. Sıralama nə qədər şərti olsa da,  həmin şeirdən bir parçanı orijinala toxunmadan təqdim edirik:
Yıl 62 Mart 28
Prag-Berlin treninde pencerenin yanındayım
akşam oluyor
dumanlı ıslak ovaya akşamın yorgun bir kuş gibi inişini severmişim meğer
akşamın inişini yorgun kuşun inişine benzetmeyi sevmedim toprağı severmişim meğer
toprağı sevdim diyebilir mi onu bir kez olsun sürmeyen
ben sürmedim
Platonik biricik sevdam da buymuş meğer
Mütəxəssislər Nazim Hikmətin şeirini bu cür dəyərləndiriblər: “Bu şeirdə o qədər gözəl anlatma üsulu var ki, oxuyan zaman harada olursunuz olun, özünüzü Praqa-Berlin qatarının pəncərəsinin qarşısında hiss edəcəksiniz. Şeiri sevməyən insanlar da o anı yaşamaqdan zövq alacaqlar.”
(Visited 1 times, 1 visits today)