Bakı Slavyan Universitetinin məzunları yunan şirkətlərində işlə təmin olunacaqlar

Bakı Slavyan Universitetindəki Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzi beynəlxalq əməkdaşlığı genişləndirməkdədir. Belə ki, hazırda məzunlarımızın yunan şirkətlərində işlə təmin olunmaları ilə bağlı müqavilə hazırlanmaqdadır. Bundan əlavə, mərkəz ilə Yunanıstanın “AKMİ” Təhsil Təşkilatı arasında mümkün əməkdaşlıq imkanları barədə danışıqlar aparılır. Məqsəd yay mövsümündə tələbələrimizin Yunanıstanda təcrübə keçmələrini reallaşdırmaqdır.

Bu barədə AZƏRTAC-a mərkəzin rəhbəri Sevda Əliyeva məlumat verib.

S.Əliyeva bildirib ki, hər il mərkəz tərəfindən 2-3 tələbə Yunanıstanın fərqli universitetlərinə yay məktəblərinə göndərilir. Onlar dil dərsləri ilə yanaşı, mədəni-kütləvi tədbirlərə və ekskursiyalara qatılmaq şansı əldə edirlər.