Mixail Basxanov: Qafqazşünasların Beynəlxalq Forumu müzakirələr üçün nadir platforma olacaq

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu Azərbaycanda akademik elmin inkişafı baxımından əhəmiyyətə malikdir. Bu Forum müzakirələr üçün nadir platforma olacaq. Azərbaycanda aparılan tədqiqatların beynəlmiləlləşməsi baş verir, onlar beynəlxalq səviyyəyə keçir. Konfransda çoxlu sayda xarici alimin iştirakı qafqazşünaslığa böyük marağı təsdiqləyir.

Bu sözləri Böyük Britaniya Mərkəzi Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi üzvü professor Mixail Basxanov Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.

“Azərbaycan və Bakı haqqında təəssürat çoxdur. Bakı şəhərinin gözəlliyi hamımızı valeh etdi. Burada gördüklərim şəhərin çox dinamik inkişafından xəbər verir. Bakı qəşəng, qeyri-adi, özünəməxsus şəhərdir. Qonaqpərvərliyə və konfransda iştiraka yaradılan şəraitə görə Azərbaycana və xalqınıza təşəkkür edirəm”, – deyə professor vurğulayıb

(Visited 1 times, 1 visits today)