Tanınmış kinooperator Xasanbek Kıdıraliyev Bakıda ustad dərsi keçəcək

Aprelin 12-də Qırğızıstanın Xalq Artisti, qırğız və Pavel Lebeşev mükafatı laureatı, tanınmış kinooperator Xasanbek Kıdıraliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzində “Müasir kinoda operator sənətinin spesifikası” mövzusunda ustad dərsi keçəcək.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, ustad dərsində rejissorluq, operator sənəti ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

(Visited 1 times, 1 visits today)