UNEC-in professoru Polosk Dövlət Universiteti elmi jurnalının redaksiya heyətinə üzv seçilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Belarusun Polosk Dövlət Universitetinin elmi nəşri olan “Vestnik” (iqtisad və hüquq elmləri) jurnalının redaksiya heyətinə üzv seçilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq İSSN standartlarına uyğun nəşr edilən jurnal Belarus Respublikası Ali Attestasiya Komissiyasının qeydiyyatından keçib.

(Visited 1 times, 1 visits today)