Bakıda “Formativ və summativ qiymətləndirmə” mövzusunda seminar işə başlayıb

İyunun 29-da Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “TAİEX” proqramı çərçivəsində “Formativ və summativ qiymətləndirmə” mövzusunda seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, bu qurumun müvafiq struktur bölmə rəhbərləri, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İngiltərədən və Finlandiyadan olan təhsil ekspertləri, paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri iştirak edirlər.

İkigünlük seminarın məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdir.

M.Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair belə tədbirlərin əhəmiyyətindən danışıb. O, təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Seminar zamanı müəllimlər ümumi təhsil məktəblərundə təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

(Visited 1 times, 1 visits today)