BDU–da yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub

İyunun 7-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri–hökumət təşkilatlarının iştirakı ilə 2016–2017-ci tədris ilinin yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən rektor BDU–da bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Sonra müəllim–koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanın gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyib, auditoriyalarda olublar. Universitetdə imtahanlar əsasən yazılı formada aparılır.

“Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, BDU–da imtahanların obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.

//Azertag

(Visited 2 times, 1 visits today)