Bu il ümumtəhsil məktəblərinin on birinci siniflərini 84 mindən çox şagird bitirir

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 min 638 nəfər, XI siniflərini 84 min 88 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

2017-2018-ci tədris ilində birinci sinfə 164 min 945 şagirdin qəbul olunacağı gözlənilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Mikayıl Cabbarovun əmrinə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

(Visited 1 times, 1 visits today)