DİM-dən bayram — XƏBƏRDARLIĞI

Dövlət İmtahan Mərkəzi iyunun 23-də IX və XI sinifər üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradıb.

DİM-dən verilən məlumata görə, şagird və ya abituriyentlər Apelyasiya Komissiyalarına iyunun 29-30-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək.

• DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)

• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100);

Bundan əlavə, 30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlər istirahət və bayram günləri olmasına baxmayaraq imtahanla əlaqədar sənədlərində hər hansı problem olanlar hər gün saat 10:00-dan 16:00-dək Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu Mikayıl Müşviq küçəsi, 1M ünvanında yerləşən binasına müraciət edə bilərlər.

(Visited 1 times, 1 visits today)