Facebook istifadəçiləri 2 milyarda çatdı

Facebook-un istifadəçiləri 2 milyard nəfərə çatıb.

Xeberler.az-ın məlumatına görə, bunu Facebook-un CEO-su Mark Zuckerberg öz rəsmi hesabından paylaşıb.

Mark Zuckerberg qeyd edib ki, dünən etibariylə Facebook-da istifadəçi sayı  2 milyarda çatıb.

Şirkət rəhbəri dünyanı bir-birinə bağlamaq üçün vurğulayaraq indi dünyanın bir-birinə daha yaxın olduğunu deyib.

O, bu səyahətdə insanlarla bir yerdə olmaqdan  şad olduğunu da bildirib.

CEO Facebook-un arxa fon şəklini dəyişərək, “ Facebook 2 milyard ilə yeniləndi. İndi dünya bir az daha işıqlandı”,  – deyə  qeyd edib.

Günel

(Visited 8 times, 1 visits today)