İlham Əliyev: “Təhsil sahəsində Azərbaycan-Gürcüstan birgə layihələri həyata keçirilməlidir”

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

A. Jejelava ADA Universitetində olduqlarını və bu təhsil ocağının onlarda böyük təəssürat yaratdığını vurğulayaraq Bakı Ali Neft Məktəbinin də fəaliyyətinin maraq doğurduğunu deyib.

Qonaq Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrimizin bütün digər sahələrdə mövcud olan səviyyəsinə çatdırılması üçün birgə səylərin həyata keçirilməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev ADA Universitetində, Bakı Ali Neft Məktəbində və o cümlədən ölkəmizdəki digər təhsil müəssisələrində yüksək səviyyədə təhsil sisteminin yaradılması ilə bağlı işlərin görüldüyünü qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən tələbə-təhsil mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

***

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

(Visited 1 times, 1 visits today)