Məhəbbət Vəliyeva: “Bəzən şagirdlərin məktəbdaxili qiyməti ilə yekun qiymətləndirməsi üst-üstə düşmür”

“Bəzən olur ki, şagirdlərin məktəbdaxili qiyməti ilə yekun qiymətləndirməsi üst-üstə düşmür. Bunun da bir sıra səbəbləri olur və bunu araşdırmaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, artıq məktəb mühtindən sinif mühitinə keçid edilib: “Bu gün müəllimlərn fəaliyyəti daim diqqət mərkəzindədir. Çünki istənilən fəaliyyətin sonunda bu, qiymətləndirilməlidir. Müəllimin də fəaliyyətinin daim qiymətləndirilməsinə ehtiyac var. Bu səbəbdən məktəbdə formativ və summativ qiymətlənirmə labüddür”.

(Visited 1 times, 1 visits today)