Osmanlıda yaşıl rəng ayaqqabı və corab geyinmək qadağan idi

Osmanlıda şəpiti xatırladan ayaqqabıya başmaq deyirdilər. Türklər və fransızlar sarı, ermənilər qırmızı, yunanlar bənövşəyi, yəhudilər isə qara ayaqqabı geyiniblər. Ancaq padşahın torpağında yaşayan heç bir millət İran hökmdarının əyalətlərindəki kimi yaşıl ayaqqabı geyinmə azadlığına malik deyildi.
Moderator.az xəbər verir ki, müsəlmanların peyğəmbərləri istifadə etdiyi üçün sevgiylə müqəddəsləşdirilmiş bu rəngi  Türkiyədə hansısa xristianın ayağında daşıması cinayət idi.
Bu barədə İran şahı böyük Abbasın padşahın elçisinə verdiyi maraqlı bir cavabı xatırlatmaq yerinə düşür:
Osmanlı dövlətini təmsil edən elçi İranda Türklər kimi xristianların da yaşıl ayaqqabı və corab geydiklərini müşahidə edir və hökmdarının adından şah Abbasdan bunu qadağan etməsini istəyir. Yaşıl peyğəmbərə xas rəngdir, ayaq altında tapdalanmamlıdır, palçıqla çirkləndirilməməlidir, bu rəng corab belə geyilməməlidir. Ölkəsində bunu edən xristianlar, yəhudilər, yəni murdar hesab edilənlər şiddətlə cəzalandırılırdı.
Şərqin ən yetkin hökmdarı olan və yaxşı xüsusiyyətləri ilə xalqının sevgisini qazanan Şah Abbas Osmanlıların bu mövqeyinin ana təbiətin ayaqlar altına, xüsusən torpağa sərdiyi yaşılın sadəcə ayaqqabıda olmasının qarşısını almağı anlamadığını bildirir.
Əvvəlcə padşahın istəyini qəbul edirmiş kimi göründü. Elçiyə xalqına və torpaqlarında yaşayan hər kəsə peyğəmbərin rəngini ayaqlarında daşımalarını qadağan edəcəyi barədə söz verdi.  İranda şah Abbasın əyalının artıq yaşıl ayaqqabı geyməyəcəyini bildirdi, amma bu əmrə qarşılıq yaşıla bu qədər önəm verən padşahın da bu qadağanı öz ölkəsində də həyata keçirilməsini istədi.
Elçiyə “Padşahının Məhəmmədin rənginə öz ölkəsində İrandakından daha çox hörmətsizlik edildiyini görməkdən üzülməsinin lazım olduğunu bilirsənmi?. Mənim torpaqlarımda, geyimlərdə və ayaqqabılarda daşınan yaşıl cansız bir rəngdir. Türkiyədə bütün heyvanlar heç bir cəza görmədən, hər gün peyğəmbərimizin sevdiyi bu rəngin canlısını daşıyan otların üstünə pislik edirlər. Get hökmdarına söylə, əvvəlcə imperiyasındakı bütün heyvanların otları ifrazatları ilə çirklənməsinin qarşısını alsın. O zaman mən də qullarımın yaşıl ayaqqabı geyinməsini qadağan edirəm”.
Zəhra
(Visited 1 times, 1 visits today)