Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Fərdi layihələr kateqoriyası üzrə bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

Nazirlər Kabineti “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib.

APA-nın məlumatına görə, Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.