Təhsil Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.

Bu barədə Report-a nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.

“Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb”, – deyə, C.Valehov əlavə edib.

Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.

(Visited 1 times, 1 visits today)