Akademik Akif Əlizadə: Yüksək Texnologiyalar Parkında innovativ qərarlar tətbiq edilir

Prezident İlham Əliyev 2016-cı il noyabrın 8-də “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb. Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması Azərbaycan elmi üçün çox böyük hadisədir. Akademiyanın 70 illik tarixində belə bir addım və təşəbbüs olmayıb.

Bunu jurnalistlərə müsahibəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.

Akademik A.Əlizadə deyib: “Elm və təhsil bir vəhdət, inteqrasiya yaratmaqla burada da innovativ təklif və nəticələri ilə birlikdə Azərbaycan dövlətinə, istehsalatına yenilik gətirməyə cəhd edir. YTP-də hazırda ilk addımlar atılır. Burada bir neçə istiqamətli innovativ təkliflər həyata keçirilir. YTP-də dörd rezident nəzərdə tutulub ki, onlar burada təmsil olunacaqlar. Bundan sonra AMEA-nın və Təhsil Nazirliyinin YTP-də rezidentlərinin sayı artacaq. Burada bir neçə istiqamətli innovativ qərar tətbiq olunub, müxtəlif adlarda məhsullar istehsal edilir”.