Azərbaycandakı palçıq vulkanlarında yeni qiymətli minerallar aşkarlandı

Fransa və Ukrayna alimləri Azərbaycanın palçıq vulkanlarını öyrənirlər. “Total E&P Azerbaijan B.V” və Total E&P Absheron B.V” şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Po Universitetinin magistri Teymur Figarov, həmçinin Lil Universitetinin doktorantı Matieu Dupuis və magistri Dofal Antoni Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanında geoloji-geofiziki tədqiqatlar aparıblar. Alimlər qeyd olunun təbiət abidəsinin geoloji və struktur quruluşunu öyrəniblər.

Moderator.az xəbər verir ki, tədqiqatların yekununda Azərbaycanın palçıq vulkanlarının araşdırlmasında iki yeni istiqamət müəyyənləşdirilib. Onlar palçıq vulkanı brekçiyasında aksessor və fəsil minirellaşmanın araşdırılması ilə əlaqədardır. İlkin tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis, və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.
Bu ilin aprel-may aylarında şöbənin əməkdaşları Abşeron, Xəzəryanı-Quba, Şamaxı-Qobustan və Şirvanın cənub-şərqində ekspedisiya işləri həyata keçiriblər. Ümumən 15 palçıq vulkanından götürülmüş nümunələr hazırda analiz olunurlar. İyun ayında O.Abbasov DGÇFB-də tədqiqatların gedişatını həmkarları ilə müzakirə edib.
 
Elmin Nuri