Azərbaycanın dünyaya çıxacaq elmi nəzəriyyəsi akademiyanın Rəyasət Heyətində müzakirə edildi

Tanınmış alim, sosioloq Əhməd Qəşəmoğlunun Ahəngyol elmi nəzəriyyəsi  AMEA-nın Rəyasət Heyətində müzaki edilib. Müzakirədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademiklər Nərgiz Axundova, Akif Musayev, bir çox institut direktorları və professorlar iştirak ediblər.
Bu barədə Moderator.az saytına danışan Əhməd Qəşəmoğlu Ahəngyol elminin akademiklər tərəfindən rəğbətlə qarşılandığını və onun get-gedə dünya miqyasında yayılması ilə bağlı fikirlər söylədiyini deyib:
“AMEA-nın İctimai və humanitar bölməyə aid 7-8 institutunun direktor və aparıcı alimləri, Rəyasət Heyətinin üzvləri müzakirədə iştirak etdilər.. Öncə Ahəngyolla bağlı məruzəmi oxudum. Məruzənin adı belədir: “Yeni elmi paradiqma-Ahəngyol”. Məruzəmi təqdim etdim. Gözlədiyimdən də qat-qat yaxşı qarşılandı. Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Nərgiz Axundova, akademik Akif Musayev, Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, həmin institutun şöbə müdirləri-professorlar Rəfiqə Əzimova və Firudin Qurbanov, Ədəbiyyat İnstitutundan professor Tahirə Məmməd, həmçinin, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat İnstitutundan çox dəyərli alimlər çıxış etdilər. Hamının da sözü bu oldu ki, Ahəngyol mükəmməl səviyyədə hazırlanıb. Dünya alimləri tərəfindən uğurla qarşılanıb. Həmçinin, indiki zamanda ölkəmiz üçün də çox faydalıdır. Burada hər sahədə kömək edəcək elmi metodlar ortaya qoyulub. Ölkədə humanitar-sosial məsələlərin həlli istiqamətində Ahəngyolun çox geniş imkanları var. Ahəngyolun eyni zamanda azərbaycan-Şərq elminin potensialını açıb ortaya qoymağa çox böyük potensialı var”.
 
Alimin sözlərinə görə, müzakirənin sonunda akademik İsa Həbibbəyli bir daha çıxış edib və aşağıdakı fikiləri səsləndirib:
“İsa Həbibəbyli sonda yekun çıxış etdi. Dedi ki, AMEA-da çox ciddi kitablar var. Amma ilk dəfədir ki, AMEA alimləri arasından kimsə dünyaya yeni bir elm təqdim edir və o da yayılır. Bu Azərbaycan elminin böyük uğurudur. Azərbaycan elmi üçün böyük dəstəkdi. Yer üzünün indiki qədər heç zaman Ahəngyola böyük ehtiyacı olmayıb. Arzulayaq ki, Əhməd Qəşəmoğlunun daha böyük uğurları olsun. AMEA rəhbərliyi olaraq alimə bu istiqamətdə lazıməı dəstəyi verməliyik”.
Elmin Nuri