Azərbaycanlı şagirddən böyük uğur – 11 il sonra ilk qızılı qazandı

Azərbaycanlı şagird böyük uğura imza atıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, Ramil Babazadə adlı məktəbli dünyanın 80 ölkəsinin şagirdləri arasında Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan adına qızıl medal qazanıb.
Qurum rəsmisi qeyd edib ki, bu, azərbaycanlı şagirdin 2006-cı ildən sonra Beynəlxalq Kimya Olimpiadasında qazandığı ilk qızıldır.
(Visited 2 times, 1 visits today)