Bakıda yeni universitet kampusu istifadəyə veriləcək

Kampusda açıq və qapalı futbol meydançası, böyük tennis kortu, açıq hava kinoteatrı və tədbirlər məkanı, müxtəlif yeməkxana və kafeteriyalar, voleybol, basketbol meydançaları, rəqs zalları, trenajor, kiçik tennis zalı, müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar və s. imkanlar Odlar Yurdu Universiteti tələbələrinin ixtiyarına veriləcək. Burada Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq.

Bu ildən etibarən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.

Eyni zamanda təhsil aldığı dövr ərzində OYU–nun təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montro Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər. Yeri gəlmişkən Odlar Yurdu Universiteti:

•Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
•Almaniyanın H+ akkreditasiyasına malikdir.
•Türkiyə Cumhuriyyəti YÖK (Yüksek Öyretim Kurulu) tərəfindən tanınır.
•Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyasından uğurla keçmişdir.
•Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı–FAIMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınmışdır.
•Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.
•EURAS–Avrasiya Universitetləri Birliyinin üzvüdür.
•Qafqaz Universitetlər Birliyinin üzvüdür.
•Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.

Odlar Yurdu Universitetinində mövcud ixtisaslar üzrə təhsil standartları İsveçrənin Swiss Montro Biznes Məktəbinin tədris proqramna uyğunlaşdırılıb.

Ölkə.Az