Dünyadakı ikinci “Qobustan” haradadır?- Gizli tarix

Ötən il İspaniyanın basklar yaşayan ərazisində  min il bundan əvvələ aid mağarada və onun ətrafında daş üzərində yolunaln heyvan rəsmləri aşkarlanıb. Dünya arxeologiyasında maraqlı hadisə sayılan bu tapıntı mütəxəssisləri yenidən bir araya gətirdi. Onlar bir neçə ay bundan əvvəl İspaniyanın Errenteriya bölgəsində  ikinci dəfə  qazıntı işləri apardılar. Birincidə  heyvan rəsmi aşkarlandısa, ikincisində bu rəqəm 70-ə qədər artdı.
Daş dövrünə aid olan və 15 metr yer altında yerləşən mağaradakı rəsmlər əsasən, ov heyvanlarına aiddir. Arxeoloq Dieqo Qarate və Xavier Busselonun sözlərinə görə Aitzbitart mağarasındakı kəşf Avropada bir ilkdir.  X. Busselonanın sözlərinə görə, tədqiqat aparan qrup mağarada aşkarladığı rəsmləri telefona çəkib ona yolladıqda bunun əvvəlcə zarafat olduğunu bildirib. Çünki müasir Avropa ərazisində yaşayan qədim insanlardan indiyə heç vaxt bu cür “hədiyyə”lərin qalmadığı səbəbindən alim çox təəccüblənir. Növbəti dəfə qrupla birlikdə ora gedib olanları gözləri ilə görür.
Moderator.az xəbər verir ki, 14 min il bundan əvvələ aid olan həmin rəsmlərin oxşarı dünyada yalnız bir yerdə -Azərbaycanın Qobustan adlanan ərazisindədir. Rəsmlərin çəkilmə üsulundan tutmuş, məzmun-formasına qədər hər şey bir-birinə çox oxşardı. İspaniyadakı mağarada rəsmlərin pozulmaması, elə çəkildiyi kimi qalması faktı da onu Qobustanla bir daha yaxınlaşdırır.
 1981-1994-cü ildə Qobustanda tədqiqatlar aparan məşhur Norveç səyyahı Tur Heyerdal qayalardakı təsvirləri görəndən sonra əlini göyə qaldıraraq, “mən artıq təslim oldum, buralar nəhəng sivilizasiyanın beşiyidir”, deməklə yaddaşımızın daş Vətəninin qədimliyini və bəşəriliyini təsdiqləmiş oldu. Əslində, Qobustanda aşkar edilən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqanın hər biri ayrı-ayrılıqda səsdir, sədadır. O səslərin qorunduğu Qobustan Dövlət Tarix və Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alır. Yaddaşımızın SƏSini artıq UNESCO qoruyur.
Muzeyin ərazisi 3096 hektardı, 3  böyük dağın- Böyükdaş, Kiçikdaş və Çıngirdağ-arasında yerləşən eksponatlar bura gələnləri tarixin sehrinə salır. Ərazi ilk dəfə 1941-ci ildə böyük arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilib. Lakin müharibənin başlanması alimin işlərini yarımçıq qoyub. Yalnız 1947-ci ildə tədqiqatlarına davam edən arxeoloq elmi axtarışların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilən 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar–petroqliflər qeydə alıb, 20 qayaaltı sığınacaq aşkarlayıb.
Qobustanla Errenteriya arasındakı qarşılıqlı əlaqələrin necə yarandığı bu gün də arxeoloqları düşündürür.
Elmin Nuri
(Visited 3 times, 1 visits today)