Professor reallığı deyir: “…Gəlin, bizim müəllimlərin maaşına baxın ! “

“Azərbaycanda Finlandiya təhsil sisteminə bənzər təhsil həyatı qurmaq üçün cəmiyyətimiz də Finlandiya cəmiyyətinə bənzəməlidir. Məsələn, Banqladeşdə heç vaxt İngiltərədəki universiteti və təhsil sistemini qura bilməzsiniz. Ona görə ki, Banqladeş cəmiyyətinin səviyyəsi ona uyğun deyil. Bu mənada Azərbaycanın bütün sahələrdə inkişaf səviyyəsi Finlandiyanın inkişaf səviyyəsinə yaxınlaşarsa, təhsil sistemimizin də bu ölkə təhsilinə yaxınlaşacağına ümid etmək olar. Yəni elə cəmiyyət qurmaq lazımdır ki, onun yüksək inkişaf etmiş iqtisadiyyatı, demokratiyası, elmi tədris ənənələri olsun. Hansıa bir sahədə monopoliya olmasın”. 

Bu sözləri Sherg.az-a “Azərbaycan təhsilini 2 əsrdir dünya təhsil həyatında aparıcı rol oynayan Finlandiya təhsil sisteminə çatdıra bilərikmi?” sualına cavab verərkən “Xəzər” universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. 
Professorun sözlərinə görə, bu mənada Azərbaycanda Kembric universiteti ola bilməz: 
“Belə universitet İngiltərədə qurula bilər. Hətta Almaniyada da Kembric universitetinə bənzər ali məktəb yoxdur. Çində bir -iki universitet yaranıb. Onlar Kembric və Harvardla müqayisə oluna bilərlər. Çünki Çin nəhəng bir dövlətdir, nəhəng iqtisadi resursları var. Elm və texnologiyanın inkişafına böyük məbləğdə maliyyə ayırır. Azərbaycan təhlsilinin inkişafına nail olmaq üçün bu cür fundamental məsələlərə baxmaq lazımdır. Ona görə indiki məqamda illuziyaya qapılaraq “Biz Azərbaycanda Finlandiyadakı təhsil sistemini quracağıq” demək bir az çətindir. Finlandiya orta məktəblərində magistr təhsilli insanlar çalışır. Finlandiyada orta məktəb müəllimlərinin maaşı olkədəki orta aylıq əmək haqqından xeyli yuxarıdır.
Amma gəlin, bizim müəllimlərin maaşına baxın. Ona görə də xırda izahlar əvəzinə bu məslələrə diqqət çəkmək daha faydalı olar. Əlbəttə, təhsil sistemimizi indi olduğundan iki dəfə yaxşı edə bilərik. Amma təhsil sistemimizi Finlandiya, İsveçrə, İngiltərə və Almaniya təhsil sisteminin səviyyəsinə çatdırmaq üçün cəmiyyətin bütün tərəfləri inkişaf etməlidir. Baxın, Finlandiyada “Nokia”, Koreyada “Samsung” firmaları var. Bizdə isə belə firmalar yoxdur.

Bunların hamısı bir -birinə bağlı məsələlərdir.” Samsung” və “Nokia” kimi firmalar universitetlərə gəlib, sifariş verir ki, bu sahədə təqdiqat aparın və sizə 50 milyon pul veririk. Yəni sənayenin, iqtisadiyyatın və cəmiyyətin inkişafı geniş mənada hamsı təhsilin inkişafı ilə birbaşa bağlıdır. Ona görə də iqtisadi inkişaf deyəndə maaşaların artması, monopoliya və korrupsiyanın olmaması göz önünə gəlir”.
Ayyət Əhməd