Qahirəli alimdən ŞOK İDDİA — Fironlar yadplanetlilərin törəmələridir

“Ölkə.Az” xəbər verir ki, alim Qədim Misirdəki Fironlar nəslinin yadplanetlilərin törəməsi olduğunu müəyyən edib.

Professor Stüart Flyayşmanın sözlərinə əsasən, qədim dövrdə fironlar insan olmayıblar. Fironlar yadplanetli məxluq ilə insanın hibrid törəmələri olublar.
Alim qədim mumyalardan götürülmüş genetik analiz nümunələrindən sonra belə bir bəyanat səsləndirib.

Doqquz nümunənin səkkizində çox nadir genetik anomaliya aşkar edilib. Bütün nümunələrdə “CXPAC-5” genli anomaliya aşkarlanıb. Bu isə insan beyninin ön hissəsinin inkişafına cavab verən gendir.

Stüart deyib: “Hazırda yadplanetlilərin niyə hibrid insan versiyası yaratmağa başladıqlarının səbəblərini aydınlaşdırmaq mümkünsüzdür. Amma bir çox qədim Misir barelyeflərində UNO-lara bənzər obyektlər müşahidə edilir. Bunlar isə bir çox hallarda Fironların həyatının müxtəlif səhnələri ilə əlaqəlidir”.

Hikmət Həsənov
Ölkə.Az