Tarixin qaranlıq elmi – Dəhşətli həqiqətlər

Moderator.az-ın təqdim etdiyi bu yazıda oxuyacağınız və görəcəyiniz bütün məlumatlar və fotolar arzuolunmaz genetik xüsusiyyətlərə sahib olan insanların cəmiyyətdən “təmizlənməsi” üçün axtalandığı və ya öldürüldüyü zamanın sənədlərdən götürülüb. 1900-cü illərdə həm ABŞ-da, həm də Avropada yaşanmış dəhşətli, amma gerçək hadisələrdir.

1. İnsani xüsusiyyətləri ölçmək və arzuolunmaz şəxsləri ortadan qaldırmaq sistemi bir zamanlar bütün dünyada tətbiq olunub.
1907-ci ildə ABŞ-da əlil insanların uşaq sahibi olmaq ehtimalını ortadan qaldıran ilk “sterilizasiya qanunu” qəbul edilib. 1931-ci ildə İşçi Partiyası və Archibald Kilsəsi “zehni xəstələrin məcburi sterilizasiyası” üçün bir layihə təklif edib. Bu dəhşətli axtalama əməliyyatları isə insanlara onlara nələr ediləcəyi barədə xəbər verilmədən aparılıb. Bu insanlıq ayıbı ilə bağlı bütün qanunlar isə 1940-cı illərin sonunda ləğv edilib.
2. Əlil şəxslərin uşaq sahibi olmasının qarşısını almaq üçün təqdim olunan “axtalama qanunu ilk dəfə 1907-ci ildə ABŞ-ın İndiana ştatında qəbul edilib. Bundan 26 il sonra isə eyni qanun Nasistlər tərəfindən Almaniyada həyata keçirilib. Bu fotoşəkil 1912-ci ildə bir İngilis ailədəsindəki əlilliyin irsi olduğunu sübut etmək üçün Yevgenika İcması tərəfindən çəkilib.
3. Yenə Yevgenika icması Hindli cırtdan və div insanların fotolarını çəkib və doğru şəkildə doğub-törəyərlərsə, boylarının nəzarət altına alınacağını irəli sürüb.
4. New York City polisi cinayətkarlar üzərində apardıqları bədən ölçülərini kameralara çəkb, 1908-ci ildə. 1907-ci ildəki qanunun qəbul edilməsindən etibarən ABŞ-da “ağıldankəm, geri zəkalı insanlar, zəka geriliyi olanlar və epilepsiya xəstələri zorla məhv edilməyə başlanılıb.
5. 1885-ci ildə Milli Elmlər Akademiyasından tədqiqatçılar insan kəllə sümüyünü su ilə dolduraraq tutumunu ölçmək istəyiblər.
Çarlz Darvinin “Növlərin Mənşəyi” haqqında kitabı yayımlanandan sonra İngiltərədə və ABŞ-da bir nəsil islahı kampaniyası yayılmağa başlayıb. İngilis Sör Frensis Qalton eyni zamanda Çarlz Darvinin əmioğlusu və “Növlərin Mənşəyi” əsərini sanki bir mərəz halına gətirib, 1883-cü ildə “Yevgenika” terminini ortaya qoyub. Eyni zamanda yazıları İngiltərə və Amerikadakı Yevgenika hərəkətinin açılmasında mühüm rol oynayıb.
Yevgenika tarixi
Yevgenika Təhsil Dərnəyi 1907-ci ildə İngiltərədə sterilizasiya kampaniyası aparmaq və irqi olaraq zəif insanların ailələrini məhdudlaşdırmaq, yəni İngiltərə əhalisinin pozulmasının qarşısını almaq məqsədilə yaradılıb. 1931-ci ildə İşçi Partiyası Baş Katibi Archibald Amerikalılar parlamentdə bəzi zehni xəstələrin məcburi sterilizasiya üçün bir qanun təklif edib. 1938-ci ildə 33 Amerika ştatındakı əlil qadınların zorla sterilləşdirilməsi qanunu qəbul edib və 29 əyalətdə bu qanun tətbiq edilib.
6. Fərqli irqlərə mənsub cinayətkarları müəyyən etmək üçün kəllə sümükləri tədqiq edirirdi. Bu fotolar 1914-cü ildə Fransada çəkilib.
7. Schleswig-Holsteində 1932-ci ildə bir uşağın kəllə sümüyü ölçülür.
8. “Daha Yaxşı Uşaq” müsabiqəsində ən mükəmməl insan nəslini tapmaq üçün yarışdırılan körpələr, Washinton DC 1931. Bu körpə yarışları ailələrin ırsi keyfiyyətini artırmaq üçün təşkil olunurdu.
9. “Daha Sağlam Ailə” müsabiqəsinə qatılan ailələr, Kanzas 1925. Bu ailələr yevgenika baxımından müsbət sayılır və daha çox uşaq sahibi olması gözlənilirdi.
10. İngiltərədə xəstəlik sahibi olması daha riskli görünən insan tiplərinin fotoları bir araya gətirilib, London 1912. Bu zamanlarda ABŞ-ın İlinoys ştatında bir ruh və sinir xəstəlikləri xəstəxanasında yatan xəstələr şüurlu olaraq vərəm mikrobu verilərək öldürülürdü.
11. Alman gizli xidməti üçün çalışan zooloq Ernst Schfer tərəfindən başlanılan layihə çərçivəsində Doktor Bruno Berger Tibet bir adamın üzünü ölçür, 1938. Eyni ölçülər Yəhudilər üçün də tətbiq edilib.
12. Bu fotoşəkil seriyası Avstraliya, Afrika və Neandertal “primitiv” insanların irq və müştərək xüsusiyyətlərini qruplaşdırır.
13. Filadelfiya ştatında sağlam insanların çoxalmasının cəmiyyətin digər hissəsinə yük olduğunu izah edən bir plakat, 1926.
14. Alphonse Bertillon 1894-ci ildə Parisdə kəllə sümüyünü necə ölçüməyi göstərir.
15. Yevgenika icmasının çəkdiyi Hindli fotoları, 1912.
16. Tarixin bu qaranlıq səhifələrində insan irqinə qarşı əsl soyqırım nümunəsi görmək mümkündür.
17. Nasist Almaniyasından belə daha əvvəllər başlamış bir genetik islah sistemi.
18. İnsanların fiziki xüsusiyyətlərinin ölçüldüyü və “arzu olunmayanların” ortadan qaldırıldığı bu işlər dünyanın demək olar ki, hər yerində həyata keçirilirdi.
19. Böyük Britaniyada və ABŞ-da Yevgenika İcmaları bunun reklamını edəcək qədər irəli getmişdi.
20. O vaxt cəmiyyətin gənc və ya yaşlı bütün fərdləri bu tətbiq etmədən payını alıb.
21.Bu nəsil islahı işlərinə 2-ci Dünya Müharibəsinin axırında son qoyulub.
Hazırladı: Zəhra
(Visited 4 times, 1 visits today)