3.700 illik Babil gil lövhəsi dünya tarixini alt-üst etdi — SƏBƏB

Dünya tarixində bir yeniliyə imza atılıb.

“Ölkə.Az” xəbər verir ki, 3.700 illik Babil gil lövhəsinin sirri açılıb. Məlum olub ki, triqonometriya elmi yunanlar tərəfindən yox 1000 il əvvəl Babil sakinləri tərəfindən kəşf edilib.

Avstraliyanın Nyu Souz Veyls universitetinin alimləri Babil sivilizasiyasında 3.700 il əvvəl bu gün istifadə edilən triqonometriyadan daha çox inkişaf etmiş tirqonometriyadan istifadə edildiyini üzə çıxarıblar. Müasir triqonometriyanın antik yunan dövründə ortaya çıxdığı bilinir. Amma araşdırma məlum edib ki, Babilistanda 3.700 il əvvəl daha rahat və inkişaf etmiş triqonometriyadan istifadə edilib.

Dünya tarixini alt-üst edən bu kəşf isə 3.700 il əvvələ aid gil bir lövhənin oxunması nəticəsində ortaya çıxıb. “Plimpton 322” adlandırılan gil lövhədə olan tənlik babillilərin yunan filosoflarından çox-çox əvvəl triqonometriyanı kəşf etdiklərini sübut edib.

Bəşəriyyətin beşiyi sayılan Mesopotamiyadakı şəhər dünyanın yeddi möcüzəsindən biri olan Babilin Asma Bağları ilə məşhurdur. Tədqiqatda iştirak edən məşhur riyaziyyatçı Deniel Mansfild bu bölgədəki memarlığın triqonometriya ilə bu qədər inkişaf etmiş ola biləcəyini iddia edir. “Plimpton 322” gil lövhəsi saray, məbəd və piramida inşa etmək üçün güclü bir vasitə sayılır.

Gil lövhə 1900-cu illərin əvvəlində, İraqda arxeoloq, diplomat və əntiq əşyaların satıcısı olan Edqar Benks tərəfindən tapılıb. Amma “Plimpton 322″nin sol tərəfində olan qırıq işləri axsadır.

Eramızdan əvvəl 120-ci ildə yaşayan yunan filosofu Hipparx triqonometriyanın qurucusu olaraq tanınır. Amma gil lövhədəki triqonometriya Hipparxın kəşfindən 1000 il əvvələ aiddir.

Araşdırmalarda iştirak edən professor Norman Vildberger deyib: ” “Plimpton 322″ gil lövhəsi müasir riyaziyyat tədqiqatları üçün yox, həm də riyaziyyat təhsili üçün yeni biliklərin qarşısını açır. Bu gil lövhə ilə daha bəsit və daha düzgün bir triqonometriya görürük”.

Hikmət Həsənov
Ölkə.Az