“Azərbaycanda magistraturaya nəinki maraq azalıb, ona heç maraq olmayıb”

Hamlet İsaxanlı: “Ölkəmizdə magistratura təhsilinə marağın azalmasına bir səbəb də tələbələrin xaricə meyl etməsidir. Ona görə, magistratura kütləvi təhsil dövrü deyil və bakalavrla müqayisə olunmayacaq”

“Azərbaycanda magistratura təhsilinə maraq bundan sonra da az olacaq”.

Bunu “Sherg.az”a “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib.

Professor bildirib ki, marağın azalmasına səbəb insanların bakalavr puilləsini əsas ali təhsil hesab etməsidir:

“Hər kəs düşünür ki, bakalavr təhsili aldıqdan sonra işə düzəlmək olur. Digər tərəfdən çoxları magistraturanı müəyyən müddətdən sonra oxumaq istəyir. Əslində bu düzgün yanaşmadır. Çünki magistratura başqa səviyyədir. Bakalavrı bitirdikdən sonra bir qədər işləyib, həyat, iş təcrübəsi qazanıb, nəhayət magistratura oxumağı düşünürlər.

Azərbaycanda magistratura təhsilinə marağın azalmasına bir səbəb də tələbələrin xaricə meyl etməsidir. Ona görə, magistratura kütləvi təhsil dövrü deyil və bakalavrla müqayisə olunmayacaq”.

H.İsaxanlı onu da əlavə edib ki, ölkəmizdə əslində magistratura təhsilinə heç vaxt böyük maraq olmayıb:

“Mən bunu müşahidə etməmişəm. Azərbaycanda magistraturaya nəinki maraq azalıb, heç ona maraq olmayıb”

Aysel Aslan

(Visited 6 times, 1 visits today)