Beynəlxalq Türk Akademiyasının prezidentinə ali orden verildi

Beynəlxalq Türk Akademiyasının (TWESCO)   prezidenti, professor Darhan Kıdıralı bu günlərdə Macarıstanın prezidenti Yanoş Aderin 321/2017 (VIII.22) saylı fərmanı ilə Zabit Xaçı Ordeni ilə təltif edilib.

Bu orden ona Beynəlxalq Türk Akademiyası ilə Macarıstan arasında yaratdığı elmi və mədəni əməkdaşlığa, məşhur türkoloq alim İştavan Konur Mandokinin irsinin öyrənilməsi və qorunması sahəsində göstərdiyi xidmətə  görə verilb.

Zabit Xaçı Macarıstan dövlətinin vətənə xidmətə görə təsis edilən ali ordenidir.

Qeyd edək ki,  bu il Macaristanın xarixi iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarato Beynəlxalq Türk Akademiyasına təşrif buyuraraq, Akademiyanın bərabərhüquqlü müşahidəçi statusu almaq arzusunda olduqları barədə müraciət ünvanlayıb.

Macarıstan Respublkasının Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığı yüksələn xətlə davam edir.