ADU 18 kafedra müdiri və 2 dekan üçün elan verdi

Azərbaycan Dillər Universiteti (ADU)  boş qalan 18 kafedra müdiri və 2 dekan vəzifəsini icra etmək istəyən şəxslər üçün müsabiqə elan edib.

Universitetin mətbuat katibi Ağa Cəfərli bu barədə açıqlama verib:

“Bu dəyişiklik bəzi kafedraların və iki dekanlığın adının dəyişməsi, yeni kafedraların yaranması ilə əlaqədardır. Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Təhsil Nazirliyinin 400 nömrəli əmri ilə təsdiq edilən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan, dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında sənəd”in tələblərinə uyğun olaraq oktyabrın 17-dək Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134-ə göndərə bilərlər”.

ADU-da kafedra müdiri vəzifəsinə müsabiqə elan edilən kafedralar bunlardır:

  1. Filologiya və jurnalistika fakültəsinin nəzdində xarici dillər kafedrası
  2. Filologiya və jurnalistika fakültəsinin nəzdində  xarici dillərin tədrisi metodikası kafedrası
  3. Filologiya və jurnalistika fakültəsinin nəzdində  alman dilinin fonetikası və qrammatikası kafedrası
  4. Filologiya və jurnalistika fakültəsinin nəzdində  fransız dilinin fonetikası və qrammatikası kafedrası
  5. Filologiya və jurnalistika fakültəsinin nəzdində  Azərbaycan dilçiliyi kafedrası
  6. Filologiya və jurnalistika fakültəsinin nəzdində  Azərbaycan ədəbiyyatı kaferası
  7. Filologiya və jurnalistika fakültəsinin nəzdində  ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası
  8. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində xarici dillər kafedrası
  9. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində fəlsəfə və ictimai elmlər kafedrası
  10. Təhsil fakültəsinin nəzdində xarici dillər kafedrası
  11. Təhsil fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrası
  12. Təhsil fakültəsinin nəzdində alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası
  13. Təhsil fakültəsinin nəzdində fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası
  14. Təhsil fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası
  15. Təsil fafültəsinin nəzdində psixologiya kafedrası
  16. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində xarici dillər kafedrası
  17. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
  18. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

Dekan vəzifəsinə müsabiqə elan edilən fakültələr bunlardır:

  1. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi
  2. Tərcümə və mədəniyyətşünaslıq fakültəsi

Qeyd edək ki, müsabiqədə lazımi elmi-pedaqoji, elmi ad və dərəcələrə, yüksək peşə-ixtisas hazırlığına, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

(Visited 3 times, 1 visits today)