Akif Əli: “Nə deməliydim, balqabaqbaş?”

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin azərbaycanlı alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi cəmiyyətə birmənalı qarşılanmayıb.

Yenicag.az saytı məsələ ilə bağlı adıçəkilən şəxslə əlaqə saxlayıb. Akif Əli saytımıza açıqlamasında görkəmli alim barədə bu dəfə daha sərt ifadə səsləndirdi:

“O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş deməliydim? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyindən mənə dəxli var? İndi baxacam görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət etməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”, deyə qurum rəsmisi bildirib.

(Visited 1 times, 1 visits today)