Alimlər dünyanın itmiş yeddinci qitəsini aşkarladılar

Dünyada 6 qitənin olduğunu hər kəs bilir. Lakin alimlər hər zaman nə vaxtsa itmiş yeddinci qitənin olduğunu və onun Sakit okeanın dərinliyində “uyuduğunu” bildiriblər.

Moderator.az xəbər verir ki, 12 ölkədən olan alimlər qrupu həmin Avstraliya ilə Antarktida aralığındakı okean dibindəki ərazi ilə bağlı 9 həftə müddətində elmi müzakirələr aparıblar. Onların ilkin qənaətinə görə, əsrlər öncə “itmiş qitə”də həyat olub və qitə zəngin ekosistemi, flora-faunası ilə fərqlənib.
12 ölkədən olan 32 alim itmiş qitə haqqında açıqlamalarında son araşdırmalar zamanı bəzi sirlərin ortaya çıxdığını da bildirilər.

Alimlərin sözlərinə görə, ərazisi 4,9 milyon kvadrat km olan itmiş qitənin yaşı 60 milyon ildən çoxdur. Bir zamanlar planetin ən zəngin ekosistemi məhz bu əraziyə məxsus olub. Qitədə 8 mindən çox bitki və heyvan növünün qalıqları müəyyən edilib.

İtmiş qitə indiki Avstraliya ilə Antarktida qitələrinin arasındakı geniş quru ərazi olduğu üçün ona Zellandiya adı verilib. Oradakı iqlim, bitki və heyvanat aləmi digər qitələrdən kəskin fərqlənirmiş.

Hazırladı: Elmin Nuri