Dilçi alim tələbələrin işini asanlaşdırdı

Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun“Müasir Azərbaycan dili” dərsliyi işıq üzü görüb.

Dərslik Müasir Azərbaycan dili fənninin sintaksis şöbəsi proqramının tələbinə uyğun yazılıb.

Kitabda sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və in­to­nasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli cümlələr, bütöv və yarımçıq cümələlər, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlə və onların növləri, qarışıq tipli mürəkkəb cümlələr, cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verilir.

Kitab ali  məktəb tələbələri üçün faydalı dərs vəsaiti olacaq.