İbn Sinanın möcüzəli tibbi tövsiyyələri- Siz də sınayın…

Qərbdə Avitsenna, Şərqdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdi ki, qəndil rolunu oynayır. Onsuz da Günəşi batmaqda olan Şərqə düşən ala-budda işıq parçaları elə İbn Sina və onun kimi tək-tük şəxslərə aiddir.
İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qaytması ilə insan görür.
İbn Sina insanın fiziologiyası ilə yanaşı, həmçinin, onun ruhi sağlamlığı üçün də əlindən gələni əsirgəməyib.
Böyük alimin tətbiq etdiyi tibbi metodlar bu gün də ö aktuallığını qoruyub saxlayır. Alternativ tiblə məşğul olan mütəxəssislər 2017-ci ildə də orta əsr alimindən yararlanırlar.
Moderator.az onlardan bir neçəsini təqdim edir:
Böyrək daşlarının müalicəsi- İbn Sina böyrək daşlarının müalicəsi üçün bir neçə resept irəli sürüb. Sidik yollarındakı problem səbəbindən yaranan böyrək daşları üçün badam yağı ilə qara noxud qarışığını tövsiyyə edib. Həmçinin, döyülmüş qarpız tumu ilə döyülmüş üzüm çəyirdəklərinin qarışından ibarət tərkib də böyrək daşları üçün çox xeyirlidir;
 
Dodaq uçuqlaması- biyan kökü sirkə və balla qarışdırılaraq, uçuqlanmış yerə sürtülür. Nəticəni tez zamanda almaq mümkündür;
Cinsi istəksizlik- əsasən də kişilərdə bu problemi qaradan qaldırmaq üçün İbn Sina ilk növbədə zəncəfil qatılmış şəkərli südü tövsiyyə edir.
Həmçinin, İbn Sina hələ XI əsrdə tibbin indi gəldiyi qənaətlərə varıb. Onlardan bir neçəsini təqdim edik:
-İzafi cinsi fəaliyyət əqli inkişafa və gözlərə ziyandır;
-Xəmirli şirniyyatlar damarları tıxadır. Qan dövranının hərəkətinə mane olur;
-Yeməkdək sonra ilıq su içməyin. Həzm prosesinə ciddi təsir göstərir;
-Yeddi yaşına qədər uşaqlara çətin bilgiləri öyrətməyin. Əks halda, acınacaqlı reaksiyanın şahidi olacaqsınız.
-İfrat yuxu əqli fəaliyyəti ləngidir.
Elmin Nuri
moderator.az