Lütfi Zadənin nəşi sentyabrın 26-da San-Fransiskodan Bakıya yola salınacaq

Tanınmış azərbaycanlı alım Lütfi Zadənin nəşi sentyabrın 26-da San-Fransiskodan Bakıya yola salınacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

Onun sözlərinə görə, daşıma ilə məşğul olan şirkətin verdiyi məlumata görə, alimin nəşi Bakıya sentyabrın 29-da çatacaq.

Qeyd edək ki, 1921-ci ildə Novxanıda dünyaya gələn tanınmış alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib.

(Visited 1 times, 1 visits today)