Misir Milli kitabxana və arxivlərinin rəhbəri Azərbaycana səfər edəcək

Misir Milli kitabxana və arxivlərinin rəhbəri Əhməd əl Şuki (Ahmad al Shouky) Azərbaycana səfər edəcək.

Misirin Azərbaycandakı səfirliyindən bildiriblər ki, əl Şuki Bakıya sentyabrın 25-də gələcək.

Səfər zamanı o, azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Bundan başqa, səfər çərçivəsində Misir Milli kitabxana və arxivləri və Azərbaycan Milli kitabxanası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 3 saziş imzalanacaq.