Öz kəşflərinin qurbanı olan 5 alim və ixtiraçı

“İncəsənət qurban tələb edir” misalı bütün dünyada məşhurdu. İncəsənətin mürəkkəb və ciddi bir sahə olduğuna kimsənin şübhəsi yoxdu. Lakin elmin öz fədaisindən tələb etdikləri incəsənətdən daha çoxdur. Elmin tələb etdiyi qurbanların sayı-hesabı bəlkə də yoxdu. Elə alimlər olub ki, onlar məhz ömürlərini, gözlərini qoyduqları kəşflərin qurbanı olublar.
Moderator.az öz kəşflərinin “sayəsində” qurban gedən beş böyük alimi təqdim edir:
Mariya Küri- iki nominasiyada-fizika və kimya- Nobel mükafatı alan yeganə alim olan xanım Küri ömrünün çox hissəsini radiasiya, radioaktiv maddələri öyrənməklə keçirdi. Elm naminə etdiyi kəşflərin hamısının nüvəsində məhz yüksək radioaktiv doza dayanırdı. Bu səbəbdən,  radioaktiv maddələrin təsiri ilə yaranan qan xəstəliyinə uğradı. Qanındakı radiasiya zəhəri onu tez bir zamanda elmin qurbanına çevirdi;
Aleksandr Boqdanov- böyük rus alimi dünyada ilk dəfə qanküçörmə prosesini həyata keçirdi. Onun bu icadı bir çox insanların həyatını xilas etdi. Amma alim məhz bu kəşfinin qurbanı oldu: o, özünə köçürdüyü qandakı vərəm xəstəliyindən xəbərsiz idi. Ona görə də, bu böyük icadı ilə əslində, öz sonunu hazırladı;
Frans Rayçelt– avstriyalı dizayner və modelyer olan Frans alim olmasa da, mühəndislik yönündə bir çox kəşflərə imza atmışdı. O, sonradan qanadlı paltar xülyasına düşdü. Bu paltarı hazırladıqdan sonra Eyfel Qülləsinə çıxıb onun vasitəsilə necə uçacağını nümayiş etdirmək istədi. Nəticə isə məlumdu. Sabahısı gün bütün fransız qəzetləri Rayçeltin ölümündən yazırdılar.
Tomas Midqley- Amerikalı məşhur mühəndis və kimyaçıdır. O, ixtira etdiyi  qurğuşunlu benzin sayəsində dünya elmini və sənayesini çox irəli apardı.  Amma kəşf onu zəhərləndirərək, həyatına son qoydu;
 
Uilyam Ballok– mətbəə və çap texnologiyasında inqilab sayılan çap avandanlığını kəşf etdi. Həmin dəzgahın vasitəsilə daha tez və keyfiyyətli çap məhsulları əldə etmək mümkün idi. Lakin günlərin bir günü Ballok həmin dəzgahı təmir edərkən, əlindən düşürür. Ayağı qanqrena olduğu üçün kəsilir.
Hazırladı: Elmin