1973-cü ildən bəri qolunu aşağı endirmir

Ailəsini, yoldaşlarını və peşəsini özünü dinə həsr etmək üçün tərk edib

Hindistanda yaşayan bu adam, 1973-cü ildən bəri bu şəkildə sağ əli havada dayanır…

Yeni Dehlidən olan  Mahant Amar Bharti Ji adlı adam, Şiva (Hinduizmdə yoxedici  tanrı) üçün 1973-cü ildən bəri qolunu yuxarıda saxlayır.
Bu maraqlı adam gördügü bir yuxudan təsirlənib, bir anda özünü tanrı Şivaya həsr edib. Amar Brahti Ji, əlini havaya qaldırmasından üç il əvvəl; ailəsini, yoldaşlarını və peşəsini özünü dinə həsr etmək üçün tərk etmişdir. O gün bu gündür sağ qolunu heç  endirmir. Hətta yuxusunda belə.
44 ildir çəkdiyi bütün ağrıya və qolundakı deformasiyaya baxmayaraq qolu hələ havadadır. Amar Brahti Ji, bunu edərkən daxili dinclik  tapdığını söyləyir. Xalq isə onu müqəddəs sayır.