Bakı Dövlət Universitetinin 100 illiyinin qeyd olunması təklif edilib

Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təklif edilib.
Bu təkliflə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edib.
“Sərəncamınıza əsasən növbəti ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq. Fürsətdən istifadə edərək, Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni diqqətdən keçirməyinizi Sizdən xahiş edirəm”, – deyə nazir bildirib.