Hüseyn Cavidin “Şeyda” və “Maral” əsərləri bolqar dilində nəşr olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Şeyda” və “Maral” əsərləri bolqar dilində nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyindən bildirilib ki, hər iki kitabın “Ön sözü”nün müəllifi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

“Şeyda” əsərini bolqar dilinə Sofiya Şiqaeva, “Maral” əsərini isə Momçil Şopov, Janet Nikolova tərcümə ediblər.