“Orta məktəblərdə 10 faiz sıxlıq var” – CEYHUN BAYRAMOV

Bakıda və Azərbaycanın bir sıra böyük şəhərlərindəki orta məktəblərdə sıxlıq var.

AzEdu.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Bakıda orta məktəblərdə sıxlıq 10 faiz təşkil edir. Sıxlıq ondan ibarətdir ki, orada 1-ci sinfə getmək üçün müraciət edənlərin sayı çox olur:

“Təbii ki, hamısı qəbul oluna bilməz. Burada ədalət prinsipi ondan ibarətdir ki, ilk növbədə, həmin məktəbin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunur və təbii ki, yer qalarsa, digər şagirdlər də qəbul oluna bilər”.