NASA hamını heyrətləndirəcək yeni kəşflərin anonsunu verdi

NASA Günəş sisteminin ən uzaq məsafələrində xüsusi tədqiqatlar aparacaq. 2024-cü ildən etibarən Günəş sisteminin başqa sistem və qalaktikalarla əlaqələrini müəyyən etmək üçün xüsusi tədqiqat işlərinə başlanılacaq.

Moderator.az xəbər verir ki, NASA-nın məsul mütəxəssislərindən olan Denis Andriçuk yeni tədqiqat layihələri barəsində ictimaiyyətə geniş məlumat verib. Onun sözlərinə görə, Günəş radiasiyası atmosferin müxtəlif təbəqələrində və onların sərhədində dünyanı zəhərli maddələr və radiasiyalardan qoruyur. Çünki Günəşdən qopan xüsusi maddələr başqa ulduzlardan ayrılan parçalarla toqquşaraq, onları zərərsizləşdirir. NASA-nın görəcəyi əsas işlərdən biri də bu mexanizmin necə çalışdığını öyrənməkdir.

Mütəxəssis həmçinin, bu məqsədlə aparılacaq tədqiqatlar nəticəsində Yer və Günəş sisteminə aid, onların qarşılıqlı əlaqəsi ilə bağlı heyrətamiz kəşflərin ortaya çıxacağını bildirib.