Avropa ABŞ-ın ölkəyə girişə qadağasını qınadı



Avropa İttifaqı kimi, Böyük Britaniya da bu faktı təqdir etmir

Böyük Britanıya Avropa İttifaqı vətəndaşlarının ölkəyə girişinə, ABŞ sayağı qadağa qoymayacaq, alimlər bunu koronovirusla mübarizədə səmərəli tədbir hesab etmirlər. Bu xəbəri jurnalistlərə martın 12-də  Britaniya Baş nazirinin dəftərxanasının rəsmi nümayəndəsi bildirib.

Amerika prezidenti Donald Tramp bəyan edib ki, ABŞ martın 30-dan İngiltərə istisna olmaqla, Avropadan ölkəyə girişə 30 günlük qadağa qoyur. Çünki Avropa İttifaqı yayılmaqda olan koronovirusa lazımi səviyyədə reaksiya verməyib. Bu qərara ABŞ-da daimi yaşamaq statusu olanlara, ABŞ vətəndaşlarının qohumlarına və bir çox başqa şəxslərə şamil edilmir.

 Avropa İttifaqının rəsmiləri dərhal baş müttəfiqlərinin bu qərarına ciddi reaksiya veriblər.  Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişel bununla bağlı verdikləri bəyanatda yazırlar: “Avropa İttifaqı bu faktı təqdir etmir, ABŞ-ın ölkəyə girişə qadağası haqqında qərarı birtərəfli qaydada və məsləhətləşmədən qəbul edilmişdir”.

Aİ və AŞ rəhbərləri həmçinin qeyd ediblər ki, koronovirus qlobal problemdir, o əməkdaşlıq tələb edir, birtərəfli qərarlar yox. Bundan əlavə onlar əmin ediblər ki, Avropa İttifaqı COVID-19 virusunun yayılmasının məhdudlaşdırılması üçün ciddi addımlar atacaqlar.

Böyük Britanıya rəsmiləri də Avropa İttifaqı müttəfiqlərini dəstəkləmişlər. Baş nazirin dəftərxanasının rəsmisi bildirib ki, bizdə olan tövsiyyələrə əsasən, bu bizə məsləhət edilən tədbir deyil.

 Buna qədər kansler Rişi Sunak müsahibəsində bəyan edib ki, Aİ vətəndaşlarının girişinə qadağa elmi məlumatlarla əsaslandırılmamışıdr və iqtisadiyyat üçün çox pis nəticələr verə bilər, o cümlədən Böyük Britaniya üçün, baxmayaraq ki, Birləşmiş Krallıq Tarmpın “qara” siyahısına daxil edilməmişdir.

“Bu qərar istehlaka təsir göstərəcək, çünki insanlar pul xərcləyə bilmirlər, amma onlar buna və səyahət etməyə alışıblar”, deyə Rişi əlavə edib.

Çox yəqin Britaniyanın Baş naziri Boris Conson bu gün koronovirusla bağlı keçirdiyi təcili müşavirənin nəticələrinə görə, koronovirusla mübarizənin yeni mərhələsinə keçmək haqqında qərarı elan edəcək. Bu mərhələdə bütün qüvvələr epidemiyanın son həddinin yaya qədər uzaqlaşdırılmasına yönələcək. Bütün bunlar göstərir ki, Baş nazir hamını, hətta evdə işləyə bilənləri belə, bunu etməyə çağıracaq, həmçinin sosial həyat minimallaşdırılacaq və “risk qrpunda” olan insanları- yaşlıları, xroniki xəstəliklərdən əziyyət çəkənləri və immuniteti zəif olanları,-qorumaq üçün tədbirlər görüləcək. Yəqin ki, məktəbləri bağlamağa getməyəcəklər: Sunak əvvəlcə məlumat vermişdi ki, alimlər hələ ki, bu tədbiri məsləhət görmürlər.

Martın 11-də səhər Böyük Britaniyada koronovirusa yoluxanların sayı bir sutkada 83 nəfər artaraq 456 nəfərə çatmışdı, bu, ilk yoluxma faktının qeydə alındığı yanvarın 31-dən bu günə  ən böyük sıçrayışdır. İndiyə olan məlumata görə səkkiz nəfər ölüb. Daha çox sayda xəstlənmələr Londonun paytına düşür.

P.S. Ümumdünya Səhiyyə Təşkilatının martın 11-də yeni koronovirus COVİD-19-un pandemiyasını elan edib. Dünyanın 110 ölkəsində hazırda artıq 120 min insan xəstəliyə yoluxub. Əksəriyyəti sağalsa da 4 min nəfər həlak olub.