Birjalar çalxalanır, qiymətlər sürətlə ucuzlaşır

Amerika birjası 1987-ci ildən bu günə ilk dəfə rekord ucuzlaşma ilə bağlanıb

ABŞ-ın indeksləri ciddi ucuzlaşmalarla, alqı-satqı məlumatlarının göstərdiyi kimi, 7,9 – 9,3 faiz ucuzlaşma ilə bağlanıb. Bu, 1987-ci ildən bu tərəfə ən pis göstəricidir.

Vəziyyətə Donald Trampın koronovirusa görə Avropadan girişə 30 günlük qadağa qoyması haqqında bəyanatı da təsir göstərib. Belə bir fonda Amerika birjaları artıq yeddi faiz ucuzlaşma ilə açılıblar və 10 dəqiqəlik dayanıblar. Alqı-satqı bərpa ediləndən sonra indekslər yeddi faizdən çox aşağı düşməyə başlayıb. 

Günün tən yarısında, Nyu-Yorkun ehtiyat bankının aylıq və üç aylıq REPO çərçivəsində martda həftəlik səhmlərin alınması həcminin 500 milyard dollara qədər artırılmasını elan etməsi sayəsində indekslərin aşağı düşməsi təqribən iki dəfə azlıb. Lakin, iki saatdan sonra birja yenidən aşağı sürət götürüb. Bundan əlavə, hətta alqı-satqı bitəndən sonra belə, “Dow Jones Industrial Average” 9,9 faizə qədər aşağı düşüb.