Alimlər qeyri-adi planet kəşf ediblər

Yer kürəsinin orbiti üzrə dövr edən Hubble teleskopu 2007-ci ildə OGLE-2007-BLG-349 adlı ulduz sistemini kəşf etmişdir.

Həmin ulduz sistemi bizim planetdən 8000 işıq ili uzaqlığında yerləşir. Lakin alimlər indi onun əsas sirrini aşkar ediblər. Belə ki, sözügedən ulduz sistemində planetlərdən biri iki günəş ətrafında dövr edir. Alimlər planeti qravitasiya mikrolinziyası üsulu ilə aşkar ediblər. “Technote.az”ın “Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən bu üsul iki ulduzun teleskop ilə eyni düz istiqamətdə yerləşəndə istifadə olunur. Bu halda ən yaxın ulduzun qravitasiya sahəsi linza rolunu oynayır. Yəni o daha uzaqda yerləşən ulduzun işığını böyüdür. Bununla yanaşı əgər yaxın ulduzun ətrafında planet varsa onun qravitasiya sahəsi sistemin işinıə təsir edir.

 

 

(Visited 2 times, 1 visits today)