Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Qazaxıstan Coğrafiya İnstitutunun dəvəti ilə sentyabrın 22-dən 24-dək Almatı şəhərində səfərdə olacaq.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alim “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edəcək. Tədbir Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunur.
(Visited 3 times, 1 visits today)