Azərbaycanlı tələbə Avstraliyada jurnal redaktoru seçilib

av_av_av1473073471“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində antropologiya ixtisası üzrə Avstraliya Milli Universitetində təhsil alan İlkin Əliyev həmin Universitetin “The Toad” jurnalına əsas redaktor seçilib.

 

“The Toad” Avstraliya Milli Universitetinin çoxsahəli akademik jurnalıdır.

Jurnalın davamlı olaraq nəşr olunması nəzərdə tutulur. Müxtəlif cildlərdə çep ediləcək jurnal həm Avstraliya Milli Kitabxanasında, həm də Avstraliya Milli Universiteti Kitabxanasında saxlanılacaq.

 

Ümumilikdə 180 səhifədən ibarət olacaq jurnalda magistr və doktorantlar, eyni zamanda digər əlaqəli şəxslərin yalnız xüsusi tələblərə cavab verən çoxsahəli akademik məqalələri yer alacaq.

 

İlkin Əliyev bildirib ki, jurnalın gələcək saylarında müəyyən formada Azərbaycan gerçəklikləri və Qarabağ reallıqları haqqında elmi yazılar yerləşdirilməsinə xüsusi önəm verəcək.

(Visited 4 times, 1 visits today)